Ranyerinin komandası millinin üzvünü transfer etdi

Fransanın "Nant" klubu heyətinə yeni qapıçı cəlb edib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi İtaliyanın "Fiorentina" klubundan Çiprian Teteruşanunu transfer edib. Rumıniyalı qolkiper yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, Fransa təmsilçisində 30 nömrəli formanı geyinəcək. Bu tranfer üçün "Nant" 2,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Teteruşanu Buxarest "Yuventus"unun yetirməsidi. Təcrübəli qolkiper "Fiorentina"da 2014-cü ildən çıxış edirdi.

Xatırladaq ki, "Nant"ı italiyalı mütəxəssis Klaudio Ranyeri çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right