"Beşiktaş"ın futbolçusu 6 aylıq sıradan çıxdı

Yeni mövsümə İspaniyada hazırlaşan Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın müdafiəçisi Atınç Nukan səhər məşqində ciddi zədə alıb. 24 yaşlı futbolçunun dizindəki çarpaz bağları qopub. Yaxın günlərdə əməliyyat olunacaq Nukan 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 2015-ci ildə “Leyptsiq”ə transfer olunan futbolçu iki movsümdür “Beşiktaş”da icarədə əsasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right