Türkiyə millisinin sabiq üzvü həbs olundu

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Bekir İrtegün həbs edilib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilinir.

Qeyd edək ki, Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fənərbaxça”da çıxış edib. Onun son iş yeri bir neçə gün əvvəl yollarını ayırdığı “Başakşəhər” klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right