“Mlada Boleslav” Kamranın transferini açıqladı

Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi Kamran Ağayevi rəsmən ictimaiyyətə təqdim edib.

Newsport.az-ın məlumatına görə, Çexiya yüksək liqasında mübarizə aparan klub millimizin qapıçısının karyerası ilə bağlı ətraflı məlumat paylaşıb. Onun son olaraq Portuqaliya "Boavişta"sında çıxış etdiyini yazan çexlər Kamranla azad agent kimi müqavilə imzaladıqlarını bəyan ediblər. Futbolçumuz 1 illik müqaviləyə imza atıb.

Maraqlıdı ki, "Mlada Boleslav"ın saytı Ağayevin adını yanlış təqdim edib. Kamran adını "Karman" yazan çexlərin bunu bir neçə dəfə təkrarlaması xüsusi diqqət çəkir. Ümid edək ki, məhz millimizin qolkiperi tezliklə bu məsələyə müdaxilə edəcək və yanlışlıq aradan qaldırılacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right