UEFA reytinqi: Azərbaycan yerində saydı

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.

Newsport.az-ın məlumatına görə, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qəbələ" növbəti oyununu keçirdi. Səfərdə Yunanıstan "Panatinaikos"u ilə qarşılaşan bölgə klubu minimal hesablı məğlubiyyətlə üzləşdi. Bu üzdən də "Qəbələ" bu dəfə Azərbaycanın reytinqinə əlavə xal yazdıra bilmədi.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.125 reytinq xalı var. Onun 2.375 xalı (0.750 "İnter", 0.625 "Zirə", 0.625 "Qarabağ", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right