"Qalatasaray" Muslera ilə yeni müqavilə imzaladı

İstanbulun "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb

Newsport.az saytının məlumatına görə, "sarı-qırmızılar" qapıçı Fernando Muslera ilə mövsümün sonunda başa çatacaq olan müqavilənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Yeni sözləşməyə əsasən uruqvaylı "əlcək sahibi" 2021-ci ilədək "cim bom"un uğurları üçün çalışacaq.

Qeyd edək ki, 31 yaşlı qolkiper 2011-ci ildən "Qalatasaray"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right