Mirça Luçesku yenidən "Qalatasaray"da

Rumıniyalı məşqçi Mirça Luçesku yenidən "Qalatasaray"da çalışacaq.

Newsport.az-ın məlumatına görə, son olaraq Rusiyanın "Zenit" klubunda fəaliyyət göstərən mütəxəssis İstanbul nəhəngində idman direktoru vəzifəsinə təyin olunacaq. 

Bu barədə məlumatı "sarı-qırmızılar"ın rəsmisi Can Topsakal verib. O, bu gün mütəxəssislə görüşəcəyini bildirib: "Bu gün İtaliyada Luçesku ilə görüşüm olacaq. Əgər danışıqlarımız müsbət yekunlaşsa, o, klubumuzda fəaliyyətə başlayacaq". 

Qeyd edək ki, 71 yaşlı məşqçi 2000/02-ci illərdə "Qalatasaray"ın baş məşqçisi olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right