Ramil Şeydayev "Trabzonspor"a qarşı oynadı

Milli komandamızın üzvü Ramil Şeydayevin icarə əsasında çıxış etdiyi "Jilina" yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Slovakiya təmsilçisi "Trabzonspor"la qarşılaşıb. Matç Türkiyə klubunun 4 - 3 hesablı qələbəsiylə başa çatıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Ramil ikinci hissədə meydana daxil olsa da, fərqlənə bilməyib.

Qeyd edək ki, Şeydayev müqavilə ilə məhz "Trabzonspor"a məxsusdur. O, bu ilin fevralında 2018-ci ilin iyununa kimi "Jilina"ya icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right