"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasında

Azərbaycanlı futbolçu Elnur Orucov karyerasını Türkiyədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, gənc qapıçı bu mövsüm Super Liqaya vəsiqə qazanan "Yeni Malatyaspor"a transfer olub. 19 yaşlı əlcək sahibi Malatya təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Elnur Orucov son olaraq "Qarabağ"ın U-19 komandasında çıxış edib. O, Ağdam təmsilçisi ilə ölkə çempionluğunu qazanıb. İstedadlı qolkiper U-17 və U-19 millilərimizn də şərəfini qoruyub.

 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right