"Atletiko"nu Türkiyə klubuna dəyişdi

“Atletiko” futbolçusu Bernard Mensahı Türkiyənin “Kasımpaş” klubuna icarəyə verib.

Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb.

Qanalı yarımmüdafiəçi ilə bir illik icarə müqaviləsi imzalanıb. “Kasımpaşa” mövsümün sonunda Mensahı transfer etmək hüququna da sahibdir.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2015-ci ildən Madrid klubunda çıxış edir. O, son mövsümü icarə əsasında Portuqaliyanın "Vitoriya" klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right