Dəniz Yılmaz qayıdışını qolla qeyd etdi

Türkiyə Super Liqasının yeni mövsümünə hazırlaşan "Bursaspor" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası bu dəfə İtaliyanın "Südtirol" klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Baş məşqçi Pol Le Quen əvvəlki yoxlama oyunlarında meydana buraxmadığı yığmamızın forvardına bu dəfə start heyətdə şans verib. 45 dəqiqə meydanda olan Yılmaz 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Əvvəlki oyunlarda meydana çıxan Azərbaycanın gənclərdən ibarət millisinin futbolçusu Ozan Can Kökcü isə İtaliya klubu ilə görüşdə şans qazanmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right