"Şapekoense"nin ayağını itirən qapıçısı məşqlərə başladı

Aviaqəzada ayağını itirən “Şapekoense” klubunun qapıçısı Cekson Follman məşqlərə başlayıb.

Newsport.az-ın məlumatına görə, Kolumbiyada baş verən faciədən sonra uzun müddət bərpa kursu keçən qapıçı ilk dəfə məşqə çıxıb. 

Ayağına protez taxan Cekson doğma stadion “Arena Konda”da yüngül qaçışlara başlayıb.

2016-cı il, noyabrın 29-da “Şapakoense” klubunun futbolçularını aparan təyyarə qəzaya uğramışdı. Təyyarədə olan 77 nəfərdən cəmi 6-sı sağ qalmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right