Ronaldo Messi ilə rəqabətindən danışdı

Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı oyunçuları ilə rəqabət aparmağından danışıb.

Newsport.az-ın məlumatına görə, o bu rəqabətdə daim çalışmaq lazım gəldiyini  deyib.

"Məni motivasiya edən bir neçə oyunçu var. Onlar nəyə qadir olduqlarını göstərmək üçün əllərindən gələni edirlər. Bu yarışda axmaqlıq etmək olmaz, əks halda rəqiblərin səni geridə qoyarlar. Neymar, Messi, Levandovski, İquain kimi top-futbolçularla böyük rəqabətimiz var. Bu, heç də müharibə deyil. Bu, sadəcə idmançılar arasında gedən sağlam rəqabətdir. Hamımız ən yaxşı olmaq üçün çalışırıq. Məni motivasiya edən əsas amil də məhz budur", - deyə Ronaldo bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right