"Evimdə oturmuşam, yaxşı təklif gözləyirəm" "Qəbələ"dən ayrılan futbolçu

Azərbaycan çempionatında “Simurq”dakı çıxışı ilə adından söz etdirən, “Qəbələ”də isə əsasən ehtiyatda qalan David Pietrzikeviç klubsuz qalıb.

Newsport.az saytının məlumatına görə, bir neçə həftə öncə “Qəbələ”dən göndərilən qolkiper vətəni Polşadadır.

Əməkdaşımızla söhbətində hazırkı durumunu dəyərləndirən David yaxşı klubda oynamaq istəyir: “Hazırda klubsuzam. Öz evimdə, Polşadayam. Bir neçə dəvət olsa da, hələ ki yekun qərar verməmişəm. Özümü daha yaxşı klubda oynamağa hazır hesab edirəm. Ümidvaram ki, yaxın gələcəkdə yeni komanda ilə müqavilə imzalayacağam”.

Qeyd edək ki, 33 yaşlı qolkiper 2015-ci ildən "Qəbələ"də çıxış edirdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right