İsrafilov cuşa gəlib: Bu dəfə məhsuldar ötürmə ilə yadda qaldı

İspaniyanın "Kadiz" klubu növbəti mövsümə hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu klub bu gün növbəti yoxlama matçına çıxıb. 

Geridə qalan mövsümdə İspaniya Sequndasında çempion olaraq La Liqaya yüksələn "Levante" ilə qarşılaşan futbolçumuzun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Eddi də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb. Komandasının son dəqiqələrdə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini də məhz millimizin üzvü verib.

Qeyd edək ki, Eddi bundan öncə keçirilən 2 yoxlama oyununda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right