Konte Morata ilə Lukakonu müqayisə etdi

"Çelsi"nin baş məşqçisi Antonio Konte yeni transfer Alvaro Morata ilə Lukakunu müqayisə edib.

Newsport.az-ın məlumatına görə, o, bu barədə açıqlamasında bunları deyib:

"Lukakunu transferdə əsas hədəf kimi saydığım vacib deyildi. Mənə elə gəlir ki, o və Morata eyni səviyyəli forvardlardır.

Son 3 ildə Alvaro çox inkişaf edib və Avropanın ən güclü futbolçularından birinə çevrilib. Ötən il oyun praktikasının az olmasına baxmayaraq 20 qol vurub.

O, hələ gəncdir və mən onun inkişafına bir qədər də kömək edəcəyəm", - deyə Konte bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right