Burak Yılmaz “Trabzonspor”a qayıda bilər

Türkiyə millisinin hücumçusu Burak Yılmaz yenidən “Trabzonspor”da oynaya bilər.

Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisinin futbolçunun çıxış etdiyi Çinin “Beijing Guoan” klubuna etdiyi 4 milyonluq təzminat təklifi qəbul olunub. 32 yaşlı futbolçunun transfer məsələsində gələn həftə yekun qərar veriləcəyi bildirilib.

Xatırladaq ki, Burak Yılmaz 2009-2012-ci illərdə də “Trabzonspor”da çıxış edib.

Əlavə edək ki, Burak bu mövsüm Çin superliqasında meydana çıxdığı 11 oyunda 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right