Almaniyada ilin ən yaxşıları məlum oldu

"Bavariya"nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Newsport.az-ın məlumatına görə, "Kicker" nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb. Anketdə 192 səslə "Real"dan Toni Kroos 2-ci, 120 səs yığan "Borussiya"nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.

İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın gənc çalışdırıcısı Yulian Naqelsman oldu. Naqelsmann bu gün 30 yaşını qeyd edir.

Qadınlarda isə ən yaxşı adına "Lion"da çıxış edən Cenifer Marozsan olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right