"Mançester Siti" "Real"ın ulduz futbolçusu sıralarına qatdı

Yay transfer pəncərəsinin ən fəal komandalarından olan "Mançester Siti" daha bir futbolçu ilə müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, "şəhərlilər" "Real" Madridin sağ cinah müdafiəçisi Danilonu sıralarına qatıb. İngiltərə təmsilçisi 5 illik heyətinə cəlb etdiyi braziliyalı üçün qarşı tərəfə 35 miyon avro ödəyəcək. 

Qeyd edək ki, "Mançester Siti" Danilodan əvvəl Ederson, Bernardo Silva, Kayl Uoker və Duqlaz Luis transferlərini həyata keçirib. Baş məşqçi Pep Qvardiola bütün bu keçidlər üçün ümumilikdə 192 milyon avro xərcləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right