"Şerif" Bakıya xal itkisi ilə gəlir

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan "Şerif" Moldova çempionatında III turun oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Tiraspol klubu evdə "Zimbru" ilə xalları yarı bölüb - 2:2. Meydan sahibləri oyunda 2 dəfə hesabda irəli olsalar da, qalib gələ bilməyiblər. Matçın 14-cü dəqiqəsində "Şerif"in hücumçusu Vitali Damaşkan hesabı açıb. Bundan 23 dəqiqə sonra isə burkina-fasolu yarımmüdafiəçi Kiril Bayala 2-ci dəfə "Şerif"i hesabda irəli çıxarıb. Ancaq 90-cı dəqiqədə buraxılan qol qələbənin əldən verilməsi ilə nəticələnib. Nəticədə 3 oyundan sonra 5 xalı olan "Şerif" 3-cü pilləyə düşərək liderliyi əldən verib. 

Qeyd edək ki, "Şerif" növbəti oyununu iyulun 25-də "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right