Eddi İsrafilov “Kadiz”ə qələbə qazandırdı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Kadiz” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Sequnda təmsilçisi aşağı liqada mübarizə aparan “Sanluqueno” ilə qarşılaşıb. Matçda “Kadiz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan yeganə qolu 75-ci dəqiqədə Eddi İsrafilov rəqibin qapısından keçirib.

Qeyd edək ki, Eddi bir neçə gün öncə “Barbate”yə qarşı matçda da fərqlənmişdi. Millimizin yarımmüdafiəçisi həmin oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right