Əsgərov Latviyada darmadağına üzüldü

Latviya birinci liqasında 12-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb.  Sözügedən klub səfərdə "Qrobinas"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Lakin cari mövsümdə 10 qola imza atan və komandasının bombardiri olan Əsgərov bu dəfə fərqlənə bilməyib.

"Olayne" 12 turdan sonra 20 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right