Kaxaber Sxadadze "Kayrat"dan ayrıldı

Qazaxıstanın "Kayrat" klubu baş məşqçisi Kaxaber Sxadadze ilə yollarını ayırıb.

 

Newsport.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Skenderbeu" klubu ilə mübarizədə çıxışını başa vuran "Kayrat"ın baş məşqçisi Sxadadze istefa verib. Gürcüstanlı mütəxəssis məğlubiyyətdən sonra bütün məsuliyyəti öz üzərinə götürüb. Klub rəhbərliyi də onun istefa ərizəsini qəbul edib.

 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis "Kayrat"ı 2016-cı ildən çalışdırırdı. Sxadadze 2009-2014-cü illərdə Bakı "İnter"ində də baş məşqçi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right