Afrika Millətlər Kubokunun formatında dəyişiklik edildi

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun formatında dəyişikliklər edib.

Newsport.az-ın məlumatına görə, Mərakeşin paytaxtı Rabatda təşkil edilən iclasda 2019-cu ildən etibarən turnirin iyun - iyul aylarında keçirilməsi qərara alınıb. Bundan əlavə, iştirakçıların sayı da 16-dan 24-ə yüksəldilib.

Xatırladaq ki, daha öncə Afrika Millətlər Kuboku Avropada mövsümün gərgin vaxtı olan yanvar - fevral aylarında keçirilirdi.

2019-cu ildə Millətlər Kuboku Kamerunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right