"Neftçi" ilə danışıqları yekunlaşdırmışıq" - Rusiya klubunun rəsmisi

"Neftçi"dən ayrınan Georgi Navalovski yaxın günlərdə "SKA Energiya" klubu ilə münasibətlərini rəsmiləşdirəcək. 

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı klubun idman direktoru Andrey Koroçkin deyib. O bildirib ki, gürcüstanlı futbolçu iyulun 25-dən sonra komandaya qoşulacaq: "Biz Navalovskinin keçidi ilə bağlı "Neftçi" ilə danışıqlarımızı başa vurmuşuq. Gürcüstanlı futbolçunu komandamıza cəlb etmək bizim üçün önəmli idi. O, iyulun 25-dən sonra komandaya qoşulacaq. Tibbi müayinədən keçdikdən onra futbolçu ilə müqavilə imzalayacağıq". 

Klub prezidenti Navalovski ilə imzalayacaqları müqavilənin şərtləri barədə məlumat verməyib: "Müqavilənin  şərtləri və maliyyə məsələləri barədə heç bir məlumat verə bilmərəm. Bu, kommersiya sirridir".

Qeyd edək ki, "Neftçi"də ayına 14000 dollar alan 31 yaşlı müdafiəçinin "Ska Energiya"da aya 25000 dollar qazanacağ.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right