Azərbaycan klubu ilə anlaşdığını açıqlayan futbolçu 3 illik müqavilə imzaladı

Albaniya millisinin üzvü Andi Lilanın növbəti mövsüm hansı komandada oynayacağı dəqiqləşib. 

Newsport.az-ın məlumatına görə, Yunanıstanın "Pas Giannina" klubu ilə müqaviləsi yayda başa çatan futbolçu yeni müqavilə imzalamağa razılıq verib. Bir müddət öncə Azərbaycan klublarının biri ilə anlaşdığını açıqlayan müdafiəçi klubu ilə ötən gün rəsmi müqavilə imzalayıb.

O, qarşıdakı 3 ili "Pas Giannina"nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına "Lesa" klubunda başlayıb. 2011-ci ildən "Pas Giannina"nın şərəfini qoruyan futbolçu 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur "Parma" klubunda top qovub. O, Albaniya millisi ilə ötən il Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. Lina həmin turnirdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right