"Çelsi"dən 80 milyon avroluq transfer

İngiltərənin "Çelsi" klubu heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, "zadəganlar" "Real"ın futbolçusu Alvaro Moratanı rənglərinə bağlayıb. "Kral klubu"nun rəsmi saytında yer alan məlumata görə, hücumçu London təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqavilə imzayıb. Britaniya təmsilçisi bu transferə görə "Real"a 80 milyon avro ödəyib.

80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.

Qeyd edək ki, Morata "Real"ın yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right