Sabri Sarıoğlunun yeni klubu bəlli oldu

"Qalatasaray"dan ayrılan Sabri Sarıoğlu özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, futbolçu karyerasını başa vuracağı iddia olunan 33 yaşlı müdafiəçi "Göztəpə"yə keçib. Bu barədə Super Liqaya yenicə vəsiqə qazanan bu klubun rəsmi saytı məlumat yayıb. Sabri yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Onun illik maaşı 900 min avro olacaq.

Türkiyə yığmasının da şərəfini qorumuş Sabri "Qalatasaray"ın heyətində Super Liqada 357 oyun keçirib. O, 2003-cü ildən "sarı-qırmızılar"ın şərəfini qoruyurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right