"Qalatasaray" Uruqvaydan futbolçu aldı

“Qalatasaray” transfer fəaliyyətini davam etdirir.

Newsport.az xəbər verir ki, Uruqvay 2-ci liqasında mübarizə aparan “Atenas” klubunun futbolçusu Matias Olviera İstanbul klubuna transfer olunub.

Uruqvayın U-20 millisinin üzvü olan 19 yaşlı sol cinah müdafiəçisinin transferi ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, milli komandanın heyətinə 28 oyuna çıxan futbolçu 3 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right