Daha bir ulduz futboldan getdi

Bir müddət öncə “Verona” ilə razılığa gələn İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano qərarını dəyişərək, karyerasını başa vurduğunu açıqlayıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb 35 yaşlı hücumçunun ailəsi ilə daha çox vaxt keçirmək istəməsi olub.

Qeyd edək ki, A. Kassano daha öncə “Roma”, “Milan”, “İnter” və “Real” kimi klublarda çıxış edib. O, son olaraq “Sampdoriya”da oynayıb. Milli komanda ilə 39 oyuna çıxan təcrübəli futbolçu 10 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right