İspaniya Futbol Federasiyasında rüşvət qalmaqalı

İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və oğlu Qorkanı ölkə polisi saxlayıb. Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna federasiya rəsmisinin korrupsiya əməlləri səbəb olub. O və oğlu korrupsiya fəalliyyətində, sənədlərin saxtalaşdırılmasında və qanunsuz mənimsəmədə şübhəli bilinirlər. Vilyar 1988-ci ildən İspaniya Futbol Federasiyasının prezidentidir. O, həmçinin FİFA-nın vitse-prezidentidir.



Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right