Totti “Roma”dakı yeni işini açıqladı

“Roma”nın canlı əfsanəsi Françesko Totti doğma klubunda çalışacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə veteran hücumçu özü məlumat verib. O, yaxın vaxtlarda “Roma”nın idman direktoru təyin ediləcəyini deyib:

“Mən həyatımın bir hissəsini – futbolçu karyeramı başa vurdum. İndi mənim qarşımda daha vacib vəzifə durur – “Roma”nın idman direktoru oluram. Düşünürəm ki, meydanda etdiklərimdən az iş görməyəcəm”. 

Xatırladaq ki, peşəkar karyerası ərzində (1992 - 2017) yalnız “Roma”da oynayan 40 yaşlı Totti  bu komandada 25 il ərzində 786 oyunda meydana çıxıb, 307 qol vurub və 197 qolun ötürməsini edib. O, ötən mövsümün sonunda futbolçu karyerasını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right