"Barselona"dan "Valyadolid"ə

"Barselona" qapıçısı Jordi Masiplə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı qolkiper yeni mövsümdən "Valyadolid"in şərəfini qoruyacaq. Masip Sequndada çıxış edən komanda ilə müddəti 2020-ci ilin iyun ayında başa çatacaq müqavilə imzalayıb. 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan ispaniyalı qapıçı daha çox bu klubun B komandasında oyun keçirib. 2008/09 mövsümünü isə o, "Vilajuiga"da icarədə keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right