"Qəbələ"nin potensial rəqibi İtaliya A Seriyasından futbolçu aldı

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi olan “Panatinaikos” transfer fəaliyyətini davam etdirir.

Newsport.az saytının məlumatına görə, Super Liqa klubu hücum xəttini gücləndirib.

“Atalanta” forvardı Brayan Kabezas Yunanıstan klubuna keçib. “Panatinaikos” Ekvador millisinin 20 yaşlı hücumçusunu İtaliya təmsilçisindən 1 illik icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” - “Qəbələ” cütünün qalibi III mərhələdə “Panatinaikos”la mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right