"Bakı"nın sabiq futbolçusu həvəskarlar liqasında

Bakının sabiq futbolçusu Jabanın yeni klubu məlum olub.

Newsport.az saytının məlumatına görə, braziliyalı futbolçu Türkiyənin həvəskarlar liqasında çıxış edən "Somaspor"la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Jaba mövsümün ilk hissəsini "Kurtuluşspor"da keçirib. 36 yaşlı qışda BAL liqasında çıxış edən "Gebzespor"a keçmişdi.

Əlavə edək ki, Tural Qürbətov, İlham Allahverdiyev, Röyal Nəcəfov kimi azərbaycanlı futbolçular da BAL liqasında çıxış edirlər.

Jaba 2009/12 və 2014/15 mövsümlərində "Bakı"nın şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right