"Neftçi"nin sabiq futbolçusu Bundesliqa klubunda

Almaniya Bundesliqa təmsilçisi "Ştuttqart" cari mövsüm "Eştoril" klubunda çıxış edən Aylton Silva ilə anlaşıb.

Newsport.az saytının məlumatına görə, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni mövsümdən etibarən Bundesliqada çıxış edəcək komanda 22 yaşlı müdafiəçinin transferini həll edib. Braziliyalı futbolçu bu gün yeni komandasında tibbi müayinədən keçəcək. Transferin digər detalları haqda isə məlumat verilməyib.

Qeyd edək ki, Aylton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub. Silva müqavilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right