Məşhur futbolçu karyerasını başa vurdu

İspaniya millisinin sabiq futbolçusu Migel Peres Kuesta - Miçu karyerası haqda önəmli qərar qəbul edib.

Newsport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu futbolçu karyerasını başa vurub. Son olaraq "Real Oviedo"da çıxış edən futbolçu əvvəlki formasından uzaq qaldığı üçün bu addımı atıb.

Qeyd edək ki, Miçu "Suonsi Siti" klubunda məşhurlaşmışdı. Ulduzu parlayan futbolçu 2013-cü ildə İspaniya yığmasına da dəvət almış və bir oyun keçirmişdi. Miçunun "Napoli"dəki karyerası isə uğursuz alınıb. Ciddi zədə alan forvard keçmiş günlərinə heç cür qayıda bilmədi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right