"Zirə"nin rəqibi qələbə qazandı

"Zirə"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Astra" Rumıniya çempionatında yeni mövsümdə ilk oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda ilk turda doğma meydanda "Sepsi" ilə qarşılaşıb. Matç "Astra"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Astra" - "Sepsi" - 1:0
Qol:
 Markinyos, 50

Qeyd edək ki, "Zirə" "Astra"ya qarşı səfərdə keçirdiyi ilk oyunda 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü iyulun 20-i keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right