10 il sonra "Liverpul"u tərk etdi

Braziliya millisinin sabiq futbolçusu Lukas Leyva "Liverpul"dan ayrılıb.

Newsport.az-ın məlumatıan görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək. Leyva "Latsio" klubuna transfer olub. Paytaxt klubu "Milan"a 20 milyon avroya satdığı Lukas Bilyanın boşluğunu onun adaşı ilə doldurub. Bu transfer üçün "Liverpul"a 5,5 milyon avro təzminat ödənilib.

Qeyd edək ki, "Liverpul" Leyvanı 2007-ci ildə "Qremio"dan transfer etmişdi.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz