Burak Yılmaz Türkiyəyə qayıda bilər

"Pekin Qoyan"ın futbolçudu Burak Yılmaz karyerasını Türkiyədə davam etdirə bilər. 

Newsport.az-ın məlumatıan görə,  Super Liqada mübarizə aparan "Trabzonspor" klubu Türkiyə millisinin üzvü ilə danışıqlar aparır. Bu barədə klubun prezidenti Muharrem Usta açıqlama verib. O, forvardla danışıqların son mərhələdə olduğunu deyib: 

"Burak Yılmazla danışıqlarımız davam edir. O da "Trabzonspor"da oynamaq istəyir. Biz də onu gətirmək arzusundayıq. Amma klubu ilə də anlaşmaq lazımdı. Hazırda danışıqlar davam edir. Anlaşma əldə olunsa, transfer baş tutacaq".

Qeyd edək ki, Burak Yılmaz 2010-cu ildə "Fənərbaxça"dan transfer olunduğu "Trabzonspor"da 2 il oynayıb. Qara dəniz klubu 2012-ci ildə onu 5 milyon avroya "Qalatasaray"a satıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right