“Milan” transferlərdən doymur

“Milan” transferlərdən doymur

Newsport.az-ın xəbərin görə, klubun rəsmi saytı “Latsio”nun 31 yaşlı yarımmmüdafiəçisi Lukas Biqliya ilə 2020-ci ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, argentinalı futbolçu “Latsio”da dörd mövsüm keçirib.

Bu, “Milan”ın bu yay həyata keçirdiyi 10-cu transferdir. Çinli investorların klubu almasından sonra klub ciddi transferlər həyata keçirir. Biqliyadan əvvəl “Milan” Leonardo Bonuççi, Andre Silva, Andrea Konti, Hakan Çalhanoğlu, Mateo Musakkio, Rikardo Rodriges, Frank Kessye, Antonio Donnarumma ("Milan"ın qapıçısı Canluici Donnarummanın böyük qardaşı. Antonio da qapıçıdır) və Fabio Boriniyi də heyətinə cəlb edib. Bu transferlərə ümumilikdə 180 milyon avro xərcləndiyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right