Reynaldo "Adanaspor"da qalır?

“Qarabağ”ın sabiq hücumçusu Reynaldonun İsveçrənin “Young Boys” klubuna keçidi baş tutmayıb.

Newsport.az-ın xəbərinə görə, bu haqda Adana mətbuatı məlumat yayıb.

Müqavilə ilə “Adanaspor”a məxsus olan braziliyalı futbolçunun bir müddət əvvəl bu komandadan ayrılaraq  “Young Boys”la danışıqlara getdiyi bildirilmişdi. Amma yayılan son xəbərlərə əsasən, Reynaldo yenidən “Adanspor”un düşərgəsinə qayıdıb.

Hələlik rəsmi təsdiqlənməyən xəbərə görə, eks “Qarabağ”lı tibbi müayinədən uğurla keçə bilmədiyindən onun “Young Boys”a transferi baş tutmayıb.

Xatırladaq ki, superliqanı tərk edən "Adanaspor" yeni mövsümdən birinci liqada yarışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right