UEFA-nın yeni reytinqi: "Qarabağ" təmsilçilərimizdən ən öndə

UEFA ölkələrin və klub komandalarının yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, qurumun rəsmi saytında bu həftə keçirilən avrokubokların ikinci təsnifat mərhələsiin ilk matçlarından sonra tərtib olunan siyahıda Azərbaycan 16.375 xalla 22-ci yeri tutur. Bizdən 1 pillə öndə olan Kiprin 16.425 xalı var.

Azərbaycanla eyni xala malik Belarus 23-cü yerdədir. Lakin Azərbaycandan fərqli olaraq, Belarusun yarışdakı 4 təmsilçisindən 1-i artıq mübarizəni dayandırıb.

Avrokuboklarda son 5 mövsümdəki göstəricilərə əsasən hazırlanan reytinqdə Azərbaycandan ən yaxşı mövqedə “Qarabağ”dır. Ağdam klubu 90-cı yerdədir. Reytinqdəki digər 6 təmsilçimizdən “Qəbələ” 163-cü, “Neftçi” 182-ci, “İnter” 217-ci, “Kəpəz” 274-cü, “Xəzər Lənkəran” 276-cı, “Zirə” isə 307-ci tutur.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz