Millmizin üzvü ilə bağlı yekun qərar verildi

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın gələcək taleyi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçunun karyerasını "Bursaspor"da davam etdirəcəyi dəqiqləşib. 

Bir müddət əvvəl Superliqanın debütantı “Göztəpə” ilə ilkin razılıq əldə edən forvardın hazırkı komandasında qalacağı təsdiqini tapıb. Məsələ burasındadı ki, ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyi üçün komandadan uzaqlaşdırılan futbolçu rəhbərlik tərəfindən əfv edilib.

Onun adı daha əvvəl Avstriya toplanışına aparılacaq futbolçular arasında yer almasa da, sonradan baş məşqçi Pol Le Quen qərarını dəyişib. Məsələ ilə bağlı klubun sabah Avstriyada baş tutacaq ilk məşqindən öncə baş məşqçi və futbolçunun mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, “Bursaspor”a ötən ilin fevralında “Trabzonspor”dan keçən Dəniz Yılmazın klubla müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right