"Neftçi"dən ayrılan futbolçu İran klubunda

"Neftçi"nin sabiq futbolçusu Jayo Rodriges özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, mövsüm başa çatdıqdan sonra "ağ-qaralar"dan göndərilən müdafiəçi karyerasını İranda davam etdirəcək. 24 yaşlı futbolçu ölkənin yüksək liqasında mübarizə aparan "Sepahan" klubu ilə razılıq əldə edib. Onunla yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.

"Sepahan" Jayro ilə yanaşı, iraqlı hücumçu Marvan Əl-Əjeelli ilə də razılıq əldə edib.

Qeyd edək ki, Jayro 2015-ci ildən "Neftçi"də top qovurdu. O, "ağ-qaralar"ın heyətində iştirak etdiyi 33 matçda 2 qol vurmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz