"Sevilya"nın futbolçusu rəsmən "Qalatasaray"da

“Qalatasaray” mövsümlərarası fasilədə 4-cü əcnəbi transferini həll edib.

Newsport.az-ın məlumatına görə, “cim-bom” bu dəfə müdafiənin sağ cinahındakı problemi yoluna qoyub.

Belə ki, Sabri Sarıoğlunun gedişindən sonra boş qalan cinahda yeni mövsümdən “Sevilya”nın oyunçusu Marianonun oynayacağı dəqiqləşib. Çünki “sarı-qırmızılılar” İspaniya klubu ilə aparılan uzunmüddətli danışıqlardan sonra qarşı tərəfin razılığını ala bilib.

La Liqa təmsilçisi İstanbul nəhənginin 4,6 milyon avroluq təklifini qəbul edib. 31 yaşlı oyunçu bu gücə İstanbula gələcək və yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, bundan əvvəl Maykon, Yunes Belhanda və Bafetimbi Qomisi transfer edən “Qalatasaray” “Vest Hem”in yarımmüdafiəçisi Sofian Fequli, “Şalke”nin hücumçusu Yevgeni Konoplyanka və “Roma”nın orta sahə oyunçusu Villiam Vaynkuerlə də maraqlanır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right