Renat Dadaşov ABŞ klubu ilə matçda məhsuldar ötürmə etdi

“Ayntraxt”ın ABŞ-dakı təlim-məşq toplanışı davam edir.

Newsport.az-ın məlumatına görə, frankfurtlular okeanın o tayında növbəti yoxlama matçına çıxıb. Millimizin üzvü Renat Dadaşovun komandası “San Xose” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Ayntraxt"ın yeganə qolunun vurulmasında millimizin hücumçusunun da əməyi olub. Belə ki, onun  məhsuldar ötürməsini Blum 83-cü dəqiqədə dəqiq tamamlayıb. 

Qeyd edək ki, Renat bu görüşdən öncə “Sietl Sounders”lə yoxlama matçında da meydana çıxmışdı. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right