Amit Quluzadə "Səbail"də!

Milli komandamızın sabiq üzvü Amit Quluzadənin yeni klubunun adına aydınlıq gəlib. Son olaraq Yunanıstanın AEL klubunda çıxış edən futbolçu karyerasını ölkmizdə davam etdirəcək. 

Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçi yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq  "Səbail" klubuna keçib. 24 yaşlı futbolçu bu gün Bayıl təmsilçisinin Türkiyədəki təlim-məşq düşərgəsinə qoşulacaq. Onunla 1 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Quluzadənin ölkəmizdəki son klubu "Sumqayıt" olub. "Neftçi"nin yetirməsi karyerası ərzində "Kayseri Ərciyəspor", "Rəvan", "Qəbələ" və "Atletiko" (Portuqaliya) kimi klublarda top qovub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right