"Mançester Siti" "Tottenhem"in futbolçusunu transfer etdi

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az saytının məlumatına görə, "şəhərlilər" "Tottenhem"in müdafiəçisi Kayl Uolkeri transfer edib. İngiltərə millisinin üzvü ilə 5 illik sözləşmə imzalanıb. "Mançester Siti" bu keçid üçün londonlulara 56 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 5 qolun ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right