"Bavariya" 35 milyon avroya transfer etdiyi futbolçunu geri qaytarır

"Bavariya" futbolçusunu icarəyə verir.

Newsport.az saytının məlumatına görə, Münhen təmsilçisi Renato Sançesi "Benfika"ya icarəyə verir. Böyük ümidlər bəslənilən 19 yaşlı yarımmüdafiəçi ötən mövsüm özünü yaxşı tərəfdən göstərə bilməyib. Buna görə də Bundesliqa təmsilçisi Portuqaliya millisinin üzvünü sabiq komandasına göndərir. İcarə müddəti 1 il müddətinə nəzərdə tutulur.

Qeyd edək ki, Renato Sançes ötən mövsümün əvvəlində "Benfika"dan "Bavariya"ya 35 milyon avroya transfer olmuşdu. O, mövsüm ərzində cəmi 9 matçda start heyətdə şans qazana bilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right